Polad Bülbüloğlunun oğluna kim kələk gəlib? - Məhkəmə qalmaqalı

img

25-04-2020 [13:08]


Azərbaycanin Rusiyadakı səfiri Polad Bülbüloğlunun oğlu gənc drijor Murtuza Bülbül dələduzluğun qurbanı olub. 

“Yeni Sabah”ın məlumatına görə, Hüseynov Adilağa Minəxan oğlu 2 nəfərə - Bülbül Murtuza Polad oğlu və Abbasov Hümbət Zülfüqar oğluna dələduzluq etməkdə təqsirli bilinir. A.Hüseynovun məhkəmə prosesi Bakı Apellyasiya məhkəməsində hakim Namiq Məmmədovun sədrliyi ilə keçiriləcək. 

Qeyd edək ki, təqsirləndirilən Adilağa Hüseynov barəsində başlanılan cinayət işinə ilk olaraq Nərimanov Rayon Məhkəməsində baxılıb. Belə ki, A.Hüseynov bundan öncə də Xətai Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq – zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə şərti cəza alıb. 

Xatırladaq ki, Adilağa Hüseynov “Sahil-D” MTK-nın icraçı direktoru vəzifəsində çalışıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR