“Tacir haqda danışmaq istəmirəm” - İlahə Fəda qəzəbləndi + VİDEO

img

23-04-2020 [18:00]


Müğənni İlahə Fəda ATV kanalında yayımlanan “7 canlı” axşam şousunda qonaq olub.

Aparıcı Vüsalə Əlizadənin müğənninin küsülü olduğu Tacir Şahmalıoğlu ilə bağlı sualı onu özündən çıxarıb.

“Tacirlə küsülülüyü unudub, barışa bilərsiniz?” sualı ilə müraciət edilən müğənni “Bu barədə danışmaq istəmirəm”- deyərək sərt cavab verib və mahnısını ifa etmək istədiyini deyib. İlahənin sərt reaksiyası ilə üzləşən aparıcı “İlahə xanım bu məsələnin üstündən birdəfəlik xətt çəkib. Fikirlərinə hörmətlə yanaşırıq” – deyə bildirib. 

Həmin anları verilişin 51-ci dəqiqəsindən etibarən izləyə bilərsiniz:

Tacir Şahmalıoğlu və İlahə Fəda arasında qalmaqal uzun zamandır davam edir. Buna səbəb İlahənin bacısı Fədayə Laçınla T.Şahmalıoğlu arasında sevgi münasibətləri olması barədə yayılan şayiələrdir. 

Xatırladaq ki, Fədayə Laçınla Tacir Şahmalıoğlu uzun müddət tərəf müqabili olublar/Yenisabah.az.


Digər xəbərlər
SON XƏBƏRLƏR