Afaq Bəşirqızı, Mehriban Xanlarova, Mətanət Əsədova, Yusif Mustafayev... - Mədəniyyət adamlarının efirlərdəki "hoqqaları" + VDİEOLAR

img

22-04-2020 [17:57]


Son günlər Azərbaycan efirində baş verən qalmaqallar ictimaiyyətin diqqət mərkəzindədir. Verilişlərdə qonaqların ağzından çıxan qəfil söyüşlər, əxlaqsız ifadələr müzakirə mövzusuna çevrilib.

Bu qalmaqalların bəzisinə görə verilişlər qapanıb, bəzilərinin aparıcısı dəyişdirilib. Hazırda şou aləmində barmaqla sayılacaq sənətçi göstərmək olar ki, canlı efirdə emosiyalarına hakim olub, əsəblərini cilovlaya bilsin.

Mia.az Yenisabah.az-a istinadla son illərin teleməkanına nəzər salaraq, səs-küy doğurmuş bəzi görüntüləri təqdim edir:

2013-cü ildə Əməkdar artist Mehriban Xanlarovanın meyxanaçı Namiq Qaraçuxurlunu hədələməsi də milli efirdə baş verən səsküylü olaylardan biri idi. "Ümid var" proqramında qonaq olan aktrisa efirdə gedən telefon söhbətindən sonra pis vəziyyətə düşərək studiyanı tərk etmişdi. Getməzdən əvvəl isə Zaura "onu ondan da pis günə qoyduracam. Bunun cinayət olduğunu bilirəm, cəzamı da çəkməyə hazıram"- deyə Namiqi bir daha hədələmişdi. 

Müğənni Mətanət Əsədova 2018-ci ildə qalmaqal yaşadığı Sərxan Kərəmoğlu haqda Xəzər TV-də yayımlanan “Hər şey daxil” verilişində qeyri-etik ifadələr səsləndirmişdi: “Ay Səni yerə soxum. Tolik, sənin ayağının altındakı toz Sərxandan üstündür. Milçəksən, səni əzəcəm. Ağıllı ol! Sən kimsən mən sənin verilişinə gəlim? Səni bağışlamayacağam. Gedək həkimə, mən qadınlığımı sübut edəcəm, amma sən kişiliyini sübut edə bilməyəcəksən. Allah verdiyini sən əldən vermisən. Kimsən axı sən?!” 

Bir neçə ay öncə də eyni verilişdə müğənni ilə Əməkdar artist Elza Seyidcahan arasında gərgin anlar yaşanmışdı. Təhqir olunduğunu iddia edən sənətçi Əməkdar artistin ünvanına təhqirlər işlətmişdi. 

Ötən il müğənni Yusif Mustafayev “Şou ATV” verilişində qonaq olarkən işlətdiyi nalayiq ifadəsi ilə gündəmə gələnlər sırasında idi. Belə ki, sənətçi canlı ifa etmək istədiyini deyib. Daha sonra o musiqiçilərə “Xodu” ver ə, köpək oğlu” demişdi. 

Bir neçə ay öncə Əməkdar artist Vasif Məhərrəmlinin də “Şou ATV” proqramında həmkarı Xatirə İslamla qeyri-etik ifadə səsləndirmişdi. Belə ki, Vasif sosial şəbəkədə Xatirə ilə sevgili olması barədə rəylər yazıldığını qeyd edib. Müzakirə zamanı X. İslam heç vaxt belə bir şeyin olmadığını bildirib və Vasifin yanından bir az uzaqlaşıb. Bu zaman Əməkdar artist sənətçinin sözügedən addımına qeyri-etik ifadə ilə cavab verib. 

Ötən il müğənni Nadir Qafarzadə "Hər şey daxil" verilişində jurnalist Ülviyyə Alovlu ilə mübahisə etmişdi. O, hər uşağın atasının olmasının vacib olduğunu dilə gətirərək "Əlidi, Vəlidi, uzunqulaqdır heç bir fərqi yoxdur. Bir uşağın atası olmalıdır. Kəbinli də olsa, qadın ərə getməlidir. Uşağın da kəbinli şəkildə atası olmalıdır" deyə bildirdikdən sonra atası olmayan uşaqları söyüşlə təhqir etdiyi üçün səsi kəsilib. 

Bir neçə gün öncə ARB telekanalda yayımlanan “Elgizlə izlə” verilişində söyüş məzmunlu informasiya yayımlanması da qalmaqala səbəb olacaq hadisələrdən biri oldu. Belə ki, canlı yayım zamanı Xalq artisti Afaq Bəşirqızı Elgiz Əkbərin telefonuna zəng edərək, nalayiq ifadə işlədib. Bu zaman onun telefonda işlətdiyi söyüş efirdə eşidiləcək tərzdə olub.

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR