Energetika Nazirliyinin rəsmi internet səhifəsi olan yeni dizaynla istifadəyə verilib
20-04-2020 [16:19]
Energetika Nazirliyinin rəsmi internet səhifəsi olan www.minenergy.gov.az yeni dizaynla istifadəyə verilib.
Mia.az xəbər verir ki, yenilənmiş sayt dizaynla yanaşı, məzmun cəhətdən də əvvəlki versiya ilə müqayisədə təkmilləşdirilib, müasir tələblərə uyğun tərtib edilib, bölmə və xidmətlərin əlçatanlığı, funksionallığı artırılıb və yeni məlumatlarla zənginləşdirilib.
Əsas səhifədə “Bütün xəbərlər”, “Bütün tədbirlər”, “Nazirlik”, “Sənədlər”, “Proqram və hesabatlar”, “Beynəlxalq əməkdaşlıq”, “İctimaiyyətlə əlaqələr” və “Maarifləndirici məlumatlar” bölmələri yenilənib. Nazirliyin icra etdiyi dövlət proqramları üzrə hesabatlara, beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinə, memorandum və sazişlərin, qanunvericilik sənədlərinin siyahısına əlavələr edilib. “Beynəlxalq müqavilələr” alt bölməsi yaradılaraq, imzalanmış bəyannamələr, niyyət protokolları, protokollar və icra müqavilələri daxil edilib. Saytda “Neft”, “Qaz”, “Elektroenergetika”, “Bərpa olunan enerji və enerji səmərəliliyi”, “Statistika” bölmələri yeni tərtibatda və ətraflı məlumatlarla təqdim olunur.
Əsas diqqət istifadəçilərin rahatlığının təmin edilməsinə yönəldilib. Vətəndaşların Nazirliyə müraciəti və qəbula yazılması işinin asanlaşdırılması məqsədilə “Çağrı Mərkəzi” bölməsinə əlçatanlıq təkmilləşdirilib, “Qəbula yazıl” pəncərəsindən istifadə edərək birbaşa nazir və nazir müavinlərinin qəbuluna yazılmaq imkanları yaradılıb. Həmçinin saytın “Əlaqə” bölməsindəki “Qəbul günləri” pəncərəsi vasitəsilə qəbula yazılmaq üçün keçid yaradılıb və vətəndaşların qəbulu qrafiki yenilənərək sayta əlavə edilib.
İstifadəçilərin elektrik enerjisi və qaz təchizatı ilə bağlı maraq doğuran məsələlərdən xəbərdar olması məqsədilə “Sual-cavab” və “Maarifləndirici məlumatlar” bölmələri də əsas səhifədə diqqətə çatdırılır.
“Foto qalereya” və “Video qalereya” bölmələri təkmilləşdirilib, yeni foto və videolarla zənginləşdirilib.
Saytın əsas səhifəsində, həmçinin Nazirliyin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinə, eləcə də digər qurumların saytlarına keçidlər də yer alıb.
Sosial şəbəkələrə inteqrasiya edilən saytın üstünlüklərindən biri də mobil versiyasının olmasıdır. Belə ki, istifadəçilər tərəfindən mobil qurğulardan istifadə etməklə saytın imkanlarından rahat şəkildə yararlanmaq olar. Yeniliklərdən biri də məlumatların tarix və vaxt göstərilməklə yerləşdirilməsidir.
Sayt Azərbaycan və ingilis dillərində fəaliyyət göstərəcək. Saytın ingilis dili versiyası üzərində hazırda son tamamlama işləri aparılır və tezliklə istifadəyə veriləcək.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"