Bu ölkədə “Facebook” xəbər agentliklərinə pul ödəyəcək

img

20-04-2020 [12:28]


Avstraliyada “Facebook” və “Google” xəbər agentliklərinə pul ödəməyə məcbur ediləcək.

Bu barədə ABC korporasiyası məlumat yayıb. 

Belə ki, Avstraliyanın Rəqabət və istehlakçıların müdafiəsi məsələləri üzrə komissiyası yeni kodeks hazırlayıb.

Bu kodeksə görə, “Facebook”, “Google” və digər şirkətlər xəbər agentlikləri üçün müəyəyn məbləğdə vəsait ayırmalıdırlar. Buna səbəb həmin agentliklərin onların kontentindən istifadə etməsidir.

Kodeksin öncə könüllü xarakter daşıması nəzərdə tutulsa da, koronavirus pandemiyasının xəbər agentliklərinin gəlirlərinə mənfi təsir etməsi ölkə rəhbərliyini bunu məcburi etməyə vadar edib/Report.  


Digər xəbərlər
SON XƏBƏRLƏR