Cəmil Həsənli İTV-ni və MSK-nı məhkəməyə verdi

img

01-10-2013 [16:51]


Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli İctimai Televiziyanı və Mərkəzi Seçki Komissiyasını məhkəməyə verib. 

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin Mətbuat Xidmətindən daxil olan məlumata görə, buna səbəb adı çəkilən qurumların Cəmil Həsənlinin İTV- də ödənişli efir vaxtı ayırmaqdan imtina etməsi ilə bağlı olub. Məhkəmənin 02 oktyabr 2013- cü il tarixdə Bakı Apellyasiya Məhkəməsində olacağı gözlənilir.

Xatırladaq ki, Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli Seçki Məcəlləsinə uyğun olaraq İctimai Televiziyanın ödənişli efir vaxtından istifadə etmək üçün 23 sentyabr tarixdə İTV- yə müraciət edib.

Cəmil Həsənlinin səlahiyyətli nümayəndələri ödənişli efir vaxtının ayrılması ilə bağlı müqavilə baglamaq üçün 23 sentyabrda ITV- nin rəhbərliyi ilə görüşüblər. İTV- dən bildirilib ki, Seçki Məcəlləsinin 80.4- cü maddəsinə əsasən ödənişli efir vaxtının ayrılması ilə bağlı müddət bitdiyindən Cəmil Həsənli üçün ödənişli efir vaxtı ayrılmayacaq.

Prezidentliyə namizəd Cəmil Həsənlinin Seçki Qərargahından Milli Şuranın Mətbuat Xidmətinə bildirilib ki, İTV rəhbərliyi yalan danışır və Seçki Məcəlləsinin qeyd olunan bəndlərində ödənişli efir vaxtından söhbət getmir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA