Qurban Məmmədovun məhkəməsi başlayır

img

01-10-2013 [14:00]


Həbsdə olan tanınmış vəkil Qurban Məmmədovun işi üzrə sabah - oktyabrın2-də Nəsimi Rayon Məhkəməsində hazırlıq iclası olacaq. Proses saat 14.30-da başlayacaq.

Xatırladaq ki, hazırlıq iclası sentyabrın 18-də keçirilmişdi.

Vəkil Süleyman Qasımov hazırlıq iclasında bir neçə vəsatət qaldırmışdı. Bu vəsatətlər bəzi şahidlərin adının siyahıdan çıxarılması, bəzilərinin adının siyahıya salınması ilə bağlı idi. Həmçinin Qurban Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin 14 gündür bitdiyi, onun faktiki olaraq girov saxlandığı bildirilmişdi. Ancaq vəsatətlər təmin olunmamışdı və məhkəmə araşdırması oktyabrın 2-nə təyin edilmişdi. /Azadliq.info/

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA