Prezidentliyə iki namizəd geri çəkiləcək - İlham Əliyevin xeyrinə

img

01-10-2013 [10:53]


Oktaybrın 9-da keçiriləcək prezident seçkisində 10 namizəddən ikisi seçki gününə 4-5 gün qalmış geri çəkiləcəklər. Onlardan biri Zahid Oruc, digəri isə İlyas İsmayılovdur.

Bu barədə mia.az-a daxil olan məlumata görə, hər iki namizədin  təbliğat-təşviqat işlərinə ciddi yanaşmaması da, bu ehtimalı gücləndirib: "Hər iki namizədin reklam lövhılərində təbliğat-təşviqat plakatlarına rast gəlinməməsi də, bununla baglıdır. Bir neçə günə onlar bu barədə rəsmi mövqelərini açıqlayacaqlar. Hər ikisi də namizədliyinin İlham Əliyevin xeyrinə gerı götürəcək".

Mənbə digər namizədin - Hafiz Hacıyevin də təbliğat plakatlarına rast gəlinməməsini isə geri çəkilmək niyyəti ilə əlaqələndirməyib: "Hafiz Hacıyev bunu maliyyə ilə əlaqələndirir. Amma səbəb təkcə bu deyil. Sadəcə, o, hazırkı seçkidə öz missiyasını uğurla oynamaqla yanaşı, əlavə pul xərcləməyin mənasız olduğunu da bilir".

Mia.az-ın xəbərlə bağlı tərəflərdən mövqe öyrənmək cəhdi alınmayıb. Zahid Orucun yaxınları onun sonadək seçkidə iştirak edəcəyini desə də, şəkillərinin reklam löhvələrində olmamasını izah edə bilməyiblər. İlyas İsmayılov və ya onun partiyasından münasibət öyrənmək isə hələlik mümkün olmayıb.  


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA