"Öz torpaqlarını qoyub şəhərə qaçanlar, təkər qaraldanlar..." - Afaq Bəşirqızı bu dəfə hədələdi
13-04-2020 [11:19]
“Vaxtilə öz səhvimiz ucbatından rayonlarımızı - işğal olunan rayonları nəzərdə tutmuram - qoyub Bakıya gəlib, avtomobillərin təkərlərini qaraltmaqla, şüşələrini silərək hansısa "Novostroyka"nın zirzəmisində gizlənib uşaq əmələ gətirib, bulvarda konsert verən müğənnilərə baxıb həzz almaq istəyimizdən bugünə düşmüşük. İndi kimisə günahlandırmağa ixtiyarımız yoxdur”.
Xalq artisti Afaq Bəşirqızının "Azadlıq radiosu"na müsahibə verərkən səsləndiriyi bu fikirlər sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Xalq artistinin, həmçinin ""Novostroyka"nın zirzəmisində şikəst uşaq əkib-doğurlar, sonra da qucaqlarına alırlar, gəlirlər verilişlərdə həkim axtarmağa. Heç bir kəndli deyə bilməz ki, mənə düşən pay azdır... Kişi odur ki, özünə arxalansın, biz özümüz özümüzə arxalanmalıyıq" kimi fikirləri də tənqidlərə tuş gəlib.
Mia.az bildirir ki, məsələyə aydınlıq gətirmək üçün musavat.com-un əməkdaşı Xalq artisti Afaq Bəşirqızının mövqeyini öyrənməyə çalışıb.
Afaq Bəşirqızı fikirlərinin kontekstdən çıxarıldığını deyib:
"Bu yazılar qərəzli verilib. Verdiyim müsahibəni diqqətlə izləsəniz, bunu siz də görə bilərsiniz. Beləliklə, verdiyim müsahibə kontektsdən çıxarılıb. Mənə verilən suallar tamamilə başqa mövzuda, yaradıcılığım, sənətimlə bağlı olub. Arada mənə digər suallar da verildi və mən bu suallardan yan qaça bilməzdim. Çünki düşünə bilərdilər ki, mən o suallardan çəkinirəm, ehtiyat edirəm.
Müsahibəmi qərəzli başlıqlarla veriblər. Mən onlara "vətən, xalq xaini" deyirəm. Ölkəmizin bugünkü çətin dövründə bu cür başlıqlarla açıqlamalarımı verən və onlara qahmar çıxanları ancaq bu cür adlandırmaq olar.
Ola bilsin ki, həmin tənqid yazanların ürəyindən vurmuşam. Bəlkə də adını çəkdiklərim elə onlardır, öz torpaqlarını rayonlarda qoyub, şəhərə qaçanlar, təkər qaraldanlar, sonra da müğənnilərin konsertində oturanlar. Mənə elə gəlir ki, fikirlərimlə məhz onların ürəyinə dəymişəm. Şikəst uşaq doğub gətirirlər verilişlərə, sonra da deyirlər ki, "vətən üçün əsgər doğuram". O şikəst əsgəri neynirəm? Heç yeri gələndə o cür şərhlər yazanlar uşaqlarını xəstə olmaya-olmaya evdə gizlədir.
Hər zaman öz sözümü üzə demişəm. Mənim kimi sözün düzünü deyən adamlar çox azdır. Mən öz millətimi çox sevirəm, çünki azərbaycanlıyam. Amma o cür şərhlər yazan adamların azərbaycanlı olmasını deyə bilmərəm".
Xalq artisti səsləndirdiyi fikirlərdən peşman olmadığını deyib.
"Dediyimdən peşman deyiləm, çünki qərəzli fikirlərim yox idi. Afaq Bəşiqızı özü özünü tanıyır, heç kimin qiyməti lazım deyil. Bu günə qədər çox haqsızlıq görmüşəm, amma heç vaxt dinməmişəm. İndi yenə də haqq gəlib öz yerini tapacaq. Sadəcə, millətin bu cür çətin, stressli vəziyyətində bu cür təqdimat lazım deyildi".
Afaq Bəşirqızı karantin günlərindən sonra müsahibəni qərəzli şəkildə təqdim edən jurnalistdən qanun çərçivəsində haqqını tələb edəcəyini bildirib: "Koronavirus bitəndən sonra həmin yazını təqdim edən şəxsi buna görə cavab verməyə vadar edəcəm. Sonra onun bütün havadarları qarşımda diz çöksə belə, o jurnalisti bağışlamayacam".
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub