Yazıçılar Birliyində seçki toplantısı

img

30-09-2013 [16:35]


Bu gün Azərbaycan Yazıçılar Birliyinin Katibliyinin iclası keçirilib. APA-nın məlumatına görə, iclasda prezident seçkiləri ilə bağlı məsələlər müzakirə olunub: "Seçkilərin tam demokratik şəraitdə şəffaflıqla keçiriləcəyinə ümid bəsləyən toplantı iştirakçıları siyasi debatların sivil şəkildə, etik çərçivələrdə keçirilməsinin vacibliyini vurğulayıblar”.

Yazıçılar Birliyindən bildiriblər ki, iştirakçıların ümumi rəyinə görə, prezidentliyə iddiaçılar bir-birinə düşmən gözü ilə deyil, siyasi opponent kimi baxmalıdırlar: "Siyasi müzakirələr və mübahisələr cəmiyyətdə amansız qarşıdurmaya səbəb olmamalıdır. Azərbaycan payızı heç vəchlə ərəb baharına çevrilə bilməz”.

İclasda iştirak edənlər seçkilərdə İlham Əliyevi dəstəklədiklərini bəyan ediblər və ədəbi ictimaiyyəti İlham Əliyevə səs verməyə çağırıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA