Qərargah: "822 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir, 61342 test aparılıb" 

img

10-04-2020 [18:50]


"Hazırkı dövrədək ölkəmizdə 991 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 159 nəfəri müalicə olunaraq sağalıb, 10 nəfər vəfat edib, 822 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 26 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir".

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 61342 test aparılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR