Belarusda koronavirusa yoluxanların sayı 1 700-ü keçdi

img

10-04-2020 [15:25]


Belarusda son sutkada koronavirusdan ölənlərin sayı 19 nəfərə çatıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə Belarus Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, infeksiyaya yoluxanların sayı 1 793 nəfərə yüksəlib. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 615 000-i ötüb. Bunların 362 572 nəfəri sağalıb, 96 794 nəfəri isə ölüb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR