"Vallah, günahdır! Vətəndaşlar ehtiyac içindədir " - Deputatdan "yardım pulu" ilə bağlı açıqlama

img

10-04-2020 [14:46]


“Parlament seçkisi müddətində də yüzlərlə şikayət almışdım ki (əminəm ki, MM-də oturan bütün hörmətli millət vəkilləri analoji şikayətlərlə qarşılaşıblar), adımıza torpaq, maşın, traktor nə bilim nə olduğuna görə sosial yardım ala bilmirik. Əksəriyyətin də adına nə qədər torpaq olur ki? 40 sot, 60 sot, bir hektar. Bu gün də dövlət başçısının 2.5 milyard ayırdığı dəstək vəsaitindən bu tip insanlara yardım düşmədiyini deyirlər. Ölkə rəhbəri normal bir vəsait ayırıb. Doğru bölüşdürün, xahiş edirəm!”

Bunu Milli Məclisin deputatı Razi Nurullayev deyib.

“Yaşadığı evin içində belə torpaq üzərində yaşayan biri kimi (evimizdə taxta döşəmə yox idi, elə torpağın üzərinə xalça salırdı rəhmətlik anam), qohum-əqrəbası yenə də torpaqda çalışan biri kimi deyirəm. Kəndlilərin əksəriyyəti o torpaqlardan maksimum ildə 200-300 manat qazanır. Bəxti gətirən 500-600 manat. Orta rəqəmlə 300 AZN götürək. Onu bölək 12 aya = ayda 25 AZN. Ayda 25 AZN-ə yaşaya bilərsiniz? Adında torpaq var deyib, vətəndaşları yardımdan məhrum etməyin. Vallah, günahdır! Vətəndaşlar ehtiyac içindədir və onlar sahib olduqları torpağı kasalara doldurub yeyə bilməzlər!” – R.Nurullayev qeyd edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR