Bakı sakini silah və narkotiklə tutuldu

img

10-04-2020 [12:54]


Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini N.Əmircanov saxlanılıb.

 DİN-in Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 25 qramdan artıq tiryək və 6 qramdan artıq marixuana götürülüb.

Ətrafında aparılan tədbirlərlə onun Səbail rayonu ərazisindəki mənzilindən 295 qrama yaxın tiryək, 3 kq 785 qram marixuana və “”Reck Perfecta” markalı qaz tapançası aşkar edilərək götürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR