"Bir insan deyə bilməz ki, Afət evimi yıxıb, balalarımı gözüyaşlı qoyub" - VİDEO

img

10-04-2020 [12:21]


Müğənni Afət Fərmanqızı ARB telekanalında yayımlanan "Ona qalsa" verilişinin qonağı olub 

İfaçı canlı efirdə müğənnilikdən başqa qabiliyyətlərinin də olduğunu deyib:

"Özümü ağıllı xanım hesab edirəm. Məsələn, mən hansı sahədə olsam, düşünürəm ki, ətrafdakıların arasında uğur qazanacağam. Bu günə qədər bir insan deyə bilməz ki, Afət mənə pul borcludur, evimi yıxıb, balalarımı gözüyaşlı qoyub. Düzlüyü sevən adamam. Sözsüz ki, mənim də zaman-zaman səhvlərim olur, səhvsiz insan yoxdur. Zəif qadın deyiləm, səsim batsa, bilinçik bişirib sataram. Əl zəhmətimlə də çörək qazanaram. Məsələn, sürücü, vizajist də işləyə bilərəm. Bacarıqlı insanam. Bu gün makiyajımı özüm edib efirə gəlmişəm. Karantinə görə salona getmirəm. Gözəl ev təmizləyə bilirəm. Evimi mənim kimi təmizləyən yoxdur". 

Həmin görüntüləri təqdim edirik:

Yenisabah.az


Digər xəbərlər
SON XƏBƏRLƏR