"Yandırılmış və dağıdılmış 427 fərdi yaşayış evləri təmir olunsun" - Deputat Əli Əsədova müraciət etdi

img

09-04-2020 [18:19]


“Füzuli rayonunda işğaldan azad olunmuş və təmas xəttinə yaxın məsafədə yerləşən şəhər və kəndlərdə vətəndaşlara məxsus xeyli fərdi yaşayış evi bugünədək təmir-bərpa olunmayıb. Bunlar Horadiz şəhərində 39, Qazaxlar kəndində 35, Əhmədallar kəndində 111, Şükürbəyli kəndində 42, Alxanlı kəndində 123, Kürdmahmudlu kəndində 74 və Mollaməhərrəmli kəndində 3, cəmi 427 fərdi yaşayış evidir. Həmin evlərin sahibləri 27 ildir Qaçqınların və Məcburi Köçkünlərin işləri Üzrə Dövlət Komitəsinə, Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarına o cümlədən rayon İcra Hakimiyyətinə çoxsaylı müraciətlər edərək işğal dövrü yandırılmlş və dağıdılmış evlərinin təmir-bərpa olunmasını xahiş edirlər”. 

Mia.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat həmin evlərin tezliklə bərpa olunmasının vacibliyini vurğulayıb: “Cənab Baş nazirdən Horadiz şəhərində, Qazaxlar kəndində, Əhmədallar kəndində, Şükürbəyli kəndində, Alxanlı kəndində, Kürdmahmudlu kəndində və Mollaməhərrəmli kəndlərində işğal dövrü yandırılmlş və dağıdılmış,bu günə kimi təmir-bərpa olunmamış 427 fərdi yaşayış evinin və Aşağı Yağlıvənd kəndində və Əhmədallar kəndində hər biri 80 yerlık körpələr evi uşaq baxçasını tikilməsi ücün aidiyyatı köməklik göstərməsini xahiş edirəm".


Digər xəbərlər
SON XƏBƏRLƏR