"İnsandan heyvana koronavirus infeksiyası keçə bilər" - Araşdırma

img

09-04-2020 [17:14]


Pişiklərin itlərdən daha çox koronavirusa yoluxma ehtimalının olduğu təsdiqlənib.

Bu barədə araşdırma “Science” jurnalında yer alıb.

Pişiklər və safsarların da yoluxma ehtimalını ortaya qoyan araşdırmaya görə, köpək, toyuq və ördəklərə infeksiyanın ötürülmə ehtimalı daha azdır.

Məqalədə pişiklərin əsasən hava damcılar yolu ilə bir-birini yoluxdura biləcəyi vurğulanır.

Bundan başqa, Ümumdünya Səhiyyə Təşkilatı da insanların virusu heyvanlara ötürə biləcəyini açıqlayıb.

Ötən gün ÜST ev heyvanlarının koronavirus pandemiyasındakı rolunu detallı şəkildə araşdırdığını açıqlayıb.

“Yoluxdurmada ev heyvanlarının rol oynadığını düşünmürük, ancaq koronavirus daşıyıcısı bir insandan xəstəliyin heyvanlara ötürülə biləcəyini hesab edirik”, - ÜST-nin epidemioloqu Maria van Kerkhove bildirib.

Qeyd edək ki, Nyu-York heyvanxanasında ilk dəfə koronavirus daşıyıcısı pələng aşkarlanıb. Ona virusun sıx təmasda olduğu xəstə nəzarətçi tərəfindən ötürüldüyü güman edilir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR