Müddəti bitən etibarnamələr... - Yol polisi açıqlama yaydı
09-04-2020 [16:58]
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövründə nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamənin qüvvədə olma müddəti ilə bağlı tədbirlər barədə məlumat yayıb.
Mia.az-a daxil olan məlumata görə, nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamənin qüvvədə olma müddətinin bitməsi ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi dövrünə təsadüf etdiyi hallarda etibarnamə verilmiş şəxs nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi ilə əlaqədar qeydiyyat hərəkətlərinin aparılması üçün həmin etibarnamənin müddətinin bitməsinə az vaxt qalarsa, DİN Baş DYP İdarəsinin www.dyp.gov.az rəsmi internet saytı və ya [email protected] elektron poçtu vasitəsilə müraciət edərək satıcı qismində özü və alıcı qismində digər şəxs haqqında məlumatları (nəqliyyat vasitəsinin markası, dövlət qeydiyyat nişanları, qeydiyyat şəhadətnaməsinin seriya və nömrəsi, etibarnamənin nömrəsi, habelə alıcı və satıcının şəxsiyyət vəsiqələrinin seriya və nömrəsi) təqdim edilməlidir:
"Qəbul edilmiş müraciətlər əsasında müvafiq araşdırma aparıldıqdan sonra həmin şəxslərin (alıcı və satıcı) elektron poçt ünvanlarına qeydiyyat hərəkətlərində iştirak etmələri üçün xüsusi bildirşlər göndəriləcək.
Bildirişdə nəqliyyat vasitəsinin təqdim olunma tarixi və vaxtı, qeydiyyat hərəkətlərinin aparılacağı Baş DYP İdarəsinin Qeydiyyat-imtahan və texniki baxış şöbəsinin ünvanı bildiriləcək, qeydiyyat proseduru yekunlaşdıqdan sonra isə bildirişlərdə sənədləri qəbul etmiş vəzifəli şəxs tərəfindən müvafiq qeydlər (yeni qeydiyyat şəhadətnaməsinin verildiyi vaxt, şəxslərin gedəcəkləri ünvan) aparılmaqla həmin şəxslərə qaytarılacaq.
Bir daha qeyd olunur ki, göstərilən qaydada nəqliyyat vasitələrinin özgəninkiləşdirilməsi yalnız nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamənin qüvvədə olma müddətinin bitməsinə az vaxt qaldığı hallarda mümkün olacaq.
Eyni zamanda nəqliyyat vasitələrindən istifadə edilməsinə dair etibarnamələrin qüvvədə olma müddətinin bitməsi ilə əlaqədar bildiririk ki, belə etibarnamələr Ədliyyə Nazirliyi tərəfindən yaradılmış "Mobil notariat" tətbiqi vasitəsilə həftənin 7 günü 24 saat ərzində evdən çıxmadan mobil telefon vasitəsilə verilə bilər. Bu barədə ətraflı məlumat mobil tətbiqin sosial şəbəkə səhifələrində (www.facebook.com/mobilnotariat və www.instagram.com/mobil_notariat/) yerləşdirilib".
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO