ABŞ-da koronavirusa yoluxan xeyli sayda azərbaycanlı və türklər var - VİDEO
09-04-2020 [16:09]
"ABŞ-da koronavirusa yoluxan xeyli sayda azərbaycanlı və türklər var".
Bu barədə Türk Amerikan Dərnəkləri Fedarasiyasının (TADF) rəhbəri Tulga Tekman məlumat verib.
Onun sözlərinə görə, ABŞ-da pandemiya qurbanlarının yarıdan çoxu Nyu-Yorkda Türkiyə əsillilərin sıx yaşadığı dörd əyalətdədir: "Amerikada yaşayan azərbaycanlıların əksəriyyəti türklərlə işləyir, bu səbəbdən onların yaşadığı ərazilərdə məskunlaşıblar. Koronavirusa yoluxan tanıdığım bir neçə azərbaycanlı var və müalicələrini davam etdirirlər. Hazırda Türkiyə əsillilərindən ölənlər daha çoxdur. Ölümlər daha çox Paterson, Nyu-Cersi, Nyu-York və Pensilvaniyada qeydə alınır və sayıları da gedərək artır. Ötən gün koronavirusun qurbanı olan 6 türkü Nyu-Yorkdakı məscidə apardılar və yaxınlarından bir-iki nəfərin iştirakı ilə dəfn etdilər".
Eyni zamanda T.Tekman bir çox cənazənin "Türk Hava Yolları" şirkətinə məxsus karqo təyyarələri ilə Türkiyəyə aparıldığını da bildirib.
Hazırda ABŞ-ın Nyu-Cersi ştatında yaşayan Azərbaycan vətəndaşı Elvin Qoca "Report"a açıqlamasında vəziyyətin gündən-günə çətinləşdiyini deyib: "Biz telefon və sosial media üzərindən yaratdığımız qruplar vasitəsilə bir-birimizlə əlaqə saxlayırıq. Hər kəs qorxu içərisindədir və koronavirusa yoluxan bir neçə həmvətənimiz var".
O, Amerikada ölənlərin sayının hər gün artdığını da söyləyib: "Açığı, ilk günlər mən də bu ölkədə yaşayan digər azərbaycanlılar kimi məsələnin ciddiliyinə inanmırdım. Ancaq gün keçdikcə vəziyyətin nə qədər təhlükəli olduğunun fərqinə vardıq. Bir neçə azərbaycanlının yoluxduğundan məlumatımız var. Ümid edək ki, yaxın zamanda hər şey yoluna düşəcək. “Times” meydanında heç kim yoxdur. Bu görüntünü sadəcə filmlərdə görmək olardı. Yaşamaq uğrunda mübarizə gedir. İnsanlar evlərində oturub həyatda qalmağa çalışırlar”.
Vüsalə Abbasova,
Report.az
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb