Almaniyada koronavirusa yoluxanların sayı 108202 nəfərə çatıb

img

09-04-2020 [10:58]


Almaniyada koronavirusa yoluxanların sayı 108 202-yə çatıb.

Məlumatı Robert Kox İnstitutunun saytı yayıb.

Bildirilib ki, son sutka ərzində bu xəstəlikdən 246 nəfər ölüb. Bununla da qurbanların sayı 2 107-ə çatıb. Yoluxma halı ən çox Bavariya (28 827 hadisə), Şimali Reyn-Vestfaliya (21 961) və Baden-Vürtmberqdə (21 603) qeydə alınıb. Berlində isə 4 202 nəfərin virusa yoluxduğu aşkarlanıb.

Qeyd edək ki, Avropa İttifaqı koronavirus pandemiyasına qarşı mübarizə məqsədi ilə Afrika, Asiya, Latın Amerikası, Şərq Tərəfdaşlıq proqramının iştirakçı dövlətlərinə və Balkan ölkələrinə 20 milyard avro ayırıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR