"Bu qanunsuz seçkilər beynəlxalq ictimaiyyət tərəfindən rədd edildi” - Prezidentin köməkçisi

img

08-04-2020 [17:58]


“Bu günlərdə Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz seçkilər keçirildi. Bu qanunsuz seçkilər beynəlxalq ictimaiyyət tərəfindən rədd edildi”.

Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabienti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib. 

“Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyinə bütün beynəlxalq ictimaiyyət tərəfindən dəstək göstərildi. Bu seçkilərin qeyri-qanuni xarakter daşıdığı və onun tanınmadığı bir daha da vurğulandı. Burada biz xüsusilə Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən ifadə olunan mövqeyi qeyd etmək istərdik. Yəni 120 dövlət yekdilliklə Azərbaycanın mövqeyini, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini dəstəklədi”, - o bildirib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR