Rəsmi Moskvadan neftin qiyməti ilə bağlı - Mesaj

img

08-04-2020 [16:58]


ABŞ-da neft hasilatının təbii azalması bazarın sabitləşdirilməsinə yönəlmiş azalma kimi qiymətləndirilə bilməz.

Bu fikri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Məlumata əsasən, D. Peskov aprelin 9-na planlaşdırılan "OPEC+" çərçivəsində keçiriləcək görüşü gözləməyə çağırıb.

"Bunlar fərqli anlayışlardır və bunları bərabərləşdirmək olmaz", - Kreml nümayəndəsi qeyd edib. Onun sözlərinə görə, buna görə də "OPEC+" konfransı zamanı ekspertlər anlayışların dəyişdirilməsini istisna etmək üçün fikir mübadiləsi aparacaqlar. 

Qeyd edək ki, "OPEC+" iclası rəsmi olaraq 9 aprel tarixində Avstriya vaxtı ilə 16:00-a (Bakı vaxtı ilə 18:00) təyin edilib. Daha əvvəl video-konfrans formatında keçiriləcək OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşünün aprelin 6-da keçiriləcəyi güman edilirdi, lakin sonra aprelin 9-na təyin edilib. Azərbaycan da bu görüşə dəvət alıb. Görüşdə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iştirakı və yeni "Əməkdaşlıq Bəyannaməsi"nin müzakirəsi nəzərdə tutulur. Xatırladaq ki, martın 6-da "OPEC+" (OPEC - Neft İxrac edən Ölkələr Təşkilatı, və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələrinin Vyanada keçirilən rəsmi iclası zamanı aparılan danışıqlar uğursuzluqla nəticələnib. Rusiya və bir sıra qeyri-OPEC ölkələri koronavirusla əlaqəli vəziyyətə cavab olaraq gündəlik neft hasilatını bir qədər də (1,7 mln. bareldən əlavə daha 1,5 mln. barel) azaltmaq təklifini qəbul etməyib. Nəticədə, tərəflər razılığa gəlməyib və aprelin 1-dən əvvəlki alyans üzvlərindən heç biri hasilatı məhdudlaşdırmaq öhdəliyini daşımır/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR