Almaniyada daha 5 türk  koronavirusdan ölüb

img

08-04-2020 [16:23]


Almaniyada Türkiyə əsilli daha 5 nəfər koronavirusdan ölüb.

“CNNTurk xəbər verir ki, onlardan 3-ü qadındır. 

Ölümlər Nürnberq, Köln, Ştutqart və Essen bölgələrində qeydə alınıb. 

Vəfat edənlərin ailə üzvlərinin bəzilərində koronavirusla bağlı testin nəticəsi müsbət olduğundan onlar yaşadıqları evdə karantinə alınıblar.

Bununla da Almaniyada koronavirusdan ölən Türkiyə əsillilərin sayı 42-yə çatıb.

Qeyd edək ki, Almaniyada koronavirusa yoluxanların sayı 107 659, ölənlərin sayı isə 2 017 nəfərdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR