“Əgər qaydalara əməl etsək, iki-üç həftəyə dönüş yarada biləcəyik” - Professordan koronavirusla bağlı mesaj

img

08-04-2020 [13:14]


“Əgər qaydalara əməl etsək, iki-üç həftəyə kritik həddə yetişib dönüş yarada biləcəyik”.

“Ahaber” xəbər verir ki, bunu Türkiyə Koronavirus Elmi Şurasının üzvü, Gülhanə xəstəxanasınının intensiv terapiya və daxili xəstəliklər üzrə mütəxəssisi, professor, doktor Levent Yamanel deyib.

“Biz dönüş yarada bilsək, o zaman iki-üç ay ərzində koronavirusu nəzarət altına almaq ehtimalımız olacaq. Əgər biz qaydalara əməl etməsək, onda işimiz çox olacaq və bu da vaxtımızı çox alacaq. Ona görə də tədbirlərə əməl etmək, evdə qalmaq lazımdır. Biz bəzi ölkələrdə dönüşü müşahidə etdik. Ancaq onlar tədbirləri zəiflədən kimi infeksiya yenidən yayılmağa başlayıb. Ona görə də ehtiyatlı olmalı, daha doğrusu, tədbirləri zəiflətməməliyik”, - o vurğulayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR