Asan, rahat və şəffaf elektron xidməti, yaxud bürokratiyanı kim və niyə yaradır?
07-04-2020 [21:32]
Xankişi Kişiyev,
Əməkdar Mühəndis
***
Hörmətli Prezidentimizin rəhbərliyi ilə ölkəmizdə dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin şəfaflığını və rahaliğını təmin etmək məqsədi ilə bir sıra lahiyələr (ASAN, E-Hökümət, E-təhsil və s) həyata keçirilib. Bürokratiyanı kim və niyə yaradır?
İşləmiyən vətəndaşlarımız Əmək və Əhalinin Sosial Müdafiyəsi Nazirliyinin elektron saytında işsiz kimi qeydiyyatdan keçməkdə çətinliklərlə qarşılaşırlar. Kütləvi xidmət sahələrində elektron saytlar hazırlanarkən mövcud qayda və qanunlar nəzərə almadan xidmət göstərdikləri müştərilər və mövcud şərait nəzərə alınmır. Bəzi hallarda kütləvi xidmət sahəsində hazırlanan elektron saytlarda vətəndaşların mənafei (əhalini) deyil, sayt sahiblərinin, o cümlədən dövlət qurumlarının mənafei (maraqları) əsas götürülür.
Analoji fakt: Tutaq ki, vətəndaş hər hansı bir məmurun qəbuluna gedir və şəxsiyyətini təsdiq edən sənəd olaraq şəxsiyyət vəsiqəsini təqdim edir. Amma bu məmur onu qəbul etmir və qəbul üçün mobil nömrəni, həmçinin mobil nömrənin onun adına olub-olmamasını təsdiq edən sənəd istəyir. Və ya ondan soruşduğu mobil nömrənini müvafiq orqanda olan mobil telefon nömrələri haqqında olan elektron məlumatlar bazası ilə yoxlayır, nömrə ona aid deyilsə, o vətəndaşı qəbul etmir. Əcaba, bu, nə qədər qanuna uyğundur?
Bu analoji hadisə , bürokratik əngəl olub işləməyən vətəndaşlarımıza elektron variantda operativ və şəfaf xidmətin təşkilinə ciddi maneədir.
Təcrübəmdən: belə analoji problemlərlə Bakı Telefon Rabitəsi İstehsalat Birliyində (BTRİB) Baş direktor müavini vəzifəsində çalışarkən üzləşdim. Bakı şəhərində vətəndaşlarımıza elektron vasitələrlə telefon çəkilişi prosedurunun təşkilində vətəndaşdan BTİB-in saytında qeydiyyatdan keçməsi üçün eyni qaydada şəxsiyyət vəsiqəsi PİN kodundan başqa, mobil telefon nömrəsi və ya mobil nömrə əvəzində sürücülük vəsiqəsinin nömrəsi tələb olunurdu. Belə prosedur vətəndaşlar üçün ciddi problem yaradırdı.
O dövrdə İKT sahəsində peşəkar mütəxəsislərdən biri mənə telefon çəkilişi üçün müraciət etdi. Ona bu proseduru elektron variantda həyata keçirməsini tövsiyə etdim. Sonradan mənə məlum oldu ki, o, elektron qaydada müraciətini qeydiyyatdan keçirmək üçün iki saat vaxt sərf edib. Belə çıxırdı ki, İKT üzrə müəyyən biliklərə sahib olmayan şəxslərin belə prosedurla elektron variantda qeydiyyatdan keçmələri daha çətindir. yaxud mümkün deyildi.
Maraqlar: bu, əhalinin deyil, korparativ şəxsi maraqlar üçün qurulmuş, amma tərəqqinin qarşısını alan hadisə idi.
Beləliklə, nəticədə vətəndaşlar telefon çəkilişi üçün elektron variantda qeydiyyatdan keçə bilməyib, məcbur olub Telefon Qovşaqlarına gedirdilər. Vətəndaşların Telefon qovşaqlarına gəlməsinə qovşaq rəhbərləri və rəisləri maraqlı olduğundan həmin anormal proseduru ləğv edə bilmədim. Vətəndaşların çoxsaylı haqlı müraciəti ilə əlaqadar Məlumat Hesablama Mərkəzinə və işə "cavabdeh" şəxslərə müraciətim heç bir nəticə vermədi. Vətəndaşları qovşağa dəvət edib, qovşaqda onların müraciətini elektron variantda sistemə daxil etməklə (perepiska) nazirliyə gündəlik yüzlərlə elektron variantda telefon çəkilişi haqqında məlumat verirdilər.
Halbuki, vətəndaşın şəxsiyyətini müəyyən edən tək sənəd şəxsiyyət vəsiqəsidir. Əlavə hər hansı bir sənədin mobil telefon nömrəsi və ya sürücülük vəsiqəsi və s. sənədlərin tələb olunması əsasızdır.
"Koronovirus" karantin müddətində vətəndaşlarla dövlət orqanları arasında elektron vasitələrlə olan münasibətlərin tam sadələşdirilməsi və vətəndaşların elektron variantda qeydiyyatdan keçmələri üçün şəxsiyyət vəsiqəsi məlumatları yetərli olub, hər hansı başqa məlumat tələb etmək əsasızdır.
Hal-hazırda mobil nömrə haqqında məlumat tələb etmək yanlışdır!
“Adınıza olan mobil nömrənizi daxil edin.” – yanlış tələbdir.
İşləməyən vətəndaşın adına mobil telefon yoxdursa, nə etməlidir? Vətəndaşların istifadə etdiyi telefon onun adına olmazsa, nə etməlidir? Telefonu olmayan vətəndaş deyilmi? Nəzərə alsaq ki, işləməyən vətəndaşların bir qisminin internet və kompüteri yoxdur…!
Qeydiyyatdan yalnız şəxsiyyət vəsiqəsi ilə FİN kodu ilə həyata keçməlidir.
Köhnə və yeni şəxsiyyət vəsiqələrinin üzərində FİN kodlar
Qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsində göstərilən FİN koddan başqa məlumat tələb etmək əsasızdır.
Mia.az
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb