İranda son 24 saatda koronavirusdan daha 133 nəfər öldü, 2 mindən çox yoluxdu

img

07-04-2020 [13:53]


İranda daha 133 nəfər koronavirusdan vəfat edib.

Mia.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bununla da ölkədə virusdan ölənlərin ümumi sayı 3872 nəfərə çatıb: "Son 24 saatda daha 2089 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 62 589 nəfərə çatıb. Onlardan 3987-nin vəziyyəti ağırdır".

Nazirlik bildirib ki, indiyə qədər bu virusdan 27039 nəfər sağalıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR