Yunanıstanda səfirlikdə qeydiyyatda olan cəmi 63 azərbaycanlı var

img

06-04-2020 [21:54]


"Yunanıstanda yaşayan azərbaycanlıların sayı nisbətən azdır. Səfirlikdə qeydiyyatda olan cəmi 63 nəfər var".

Bunu Azərbaycanın Yunanıstandakı səfiri Anar Hüseynov deyib.

Səfir bildirib ki, qeydiyyatda olan şəxslərdən 50 nəfəri müvəqqəti, 13-ü isə daimi yaşayanlardır: 

"Müvəqqəti yaşayanlar arasında cəmi 7 nəfər tələbə var. Onlar da qısamüddətli təhsil proqramı çərçivəsində ölkəyə səfər ediblər. Tələbələrin hər biri ilə səfirlik daimi ünsiyyət və təmas saxlayır. Onların hamısına ölkədə tətbiq olunan qadağalara ciddi şəkildə riayət etmələri tövsiyə olunub".

A.Hüseynov qeyd edib ki, Yunanıstanda olan azərbaycanlılar arasında koronavirusa yoluxanlar barədə məlumat yoxdur/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR