Milli Şura Hacıbala Abutalıbova yenidən müraciət etdi - mitinq

img

30-09-2013 [09:48]



Milli Şurasının prezidentliyə vahid namizədi Cəmil Həsənlinin növbəti görüş-mitinqinə şərait yaradılması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib. 

Mia.az-ın xəbərinə görə, bu barədə C.Həsənlinin seçkı qərargahından məlumat verilib. Məlumatda bildirilir ki, artıq bu məqsədlə sentyabrın 28-də meriyaya məktub da təqdim olunub.

Məktubda BŞİH-dən oktyabrın 6-da saat 16-dan 18-dək Yasamal rayonunda yerləşən "Məhsul” stadionunda prezidentliyə namizəd Cəmil Həsənlinin seçicilərlə görüş-mitinqinə şərait yaradılması xahiş olunub. Eyni zamanda, Cəmil Həsənlinin seçicilərlə nəzərdə tutulan görüş-mitinqinin "Professor Cəmil Həsənliyə səs verin!”, "Doğrunu seç!”, "Konstitusiyaya əməl edək!”, "Namizədlərə bərabər şərait yaradılsın!”, "Qanunların aliliyi hamı üçündür!”, "Namizədlə görüşə əngəl yaratmayın!”, "BƏSDİR!” və seçki təbliğatına aid digər şüarlarla keçiriləcəyi qeyd olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA