İspaniyada minlərlə tibb işçisində koronavirus aşkarlandı

img

06-04-2020 [17:48]


İspaniyada hazırda 19 400 tibb işçisi yeni növ koronavirusa yoluxub.

Bu barədə ölkənin Səhiyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, bu, İspaniyada epidemiya başlayandan bəri yoluxanların ümumi sayının 14%-dən çoxdur.

“El Pais”in məlumatına görə, 13 tibb işçisi – 11 həkim, 1 tibb bacısı və 1 sanitar virusdan ölüb.

Qeyd edək ki, İspaniyada yeni növ koronavirusa yoluxanların sayı son sutkada 6 min nəfərdən çox artaraq 130 759-a çatıb, virusdan ölənlər isə 13 nəfəri keçib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR