Koronavirusla bağlı hansı sahələrə nə qədər pul ayrılacaq? - Detallar
06-04-2020 [17:15]
Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı koronavirus pandemiyasının milli iqtisadiyyata, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması, mövcud şəraitdə sosial rifahın dəstəklənməsi üçün genişmiqyaslı, təsirli və məqsədəuyğun tədbirləri özündə əhatə edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Mia.az-a verilən məlumata görə, sənəddə iş yerlərinin qorunması, məşğulluğa və sosial rifaha dəstəyin təmin olunması əsas istiqamətlər sırasındadır.
Belə ki, Tədbirlər Planına əsasən, məşğulluğa və sosial rifaha dəstək, o cümlədən işçilərin işsizlik riskindən qorunması və sosial müdafiəsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aşağıdakı istiqamətlərdə tədbirlər görüləcək:
• Dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verilməməsi və məzuniyyətə buraxılan işçilərin əməkhaqlarının saxlanması üçün aprel-may aylarında müvafiq işlər aparılacaq. Bu istiqamət üzrə görüləcək işlər həmin sektorda çalışan 910 min işçini əhatə edəcək.
• Qeyri-dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılmasına, ixtisarına yol verilməməsi məqsədilə aprel-may aylarında işəgötürənlərlə bağlı iş aparılmaqla, gündəlik nəzarət təmin ediləcək. Bu istiqamətdə işlər isə qeyri-dövlət sektorunda çalışan 664 min işçini əhatə edəcək.
İşsiz və işdən azad olunmuş şəxslərin məşğulluğu və sosial müdafiəsi istiqamətində Nazirlik tərəfindən:
• 50 min haqqı ödənilən ictimai iş yerinin (2020-ci ilin aprel-may ayları) yaradılması vasitəsilə həmin iş yerlərində işsiz şəxslərin müvəqqəti məşğulluğu təmin ediləcək. Bu məqsəd üçün 30 milyon manat vəsait nəzərdə tutulub;
• Nazirlik yanında Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə (200 min nəfər) 2020-ci ilin aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə veriləcək. Bunun üçün 70 milyon manat yönəldiləcək;
• İşsizlikdən Sığorta Fondu, BMT İnkişaf Proqramı və Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən özünüməşğulluq proqramının genişləndirilməsi və icrasının sürətləndirilməsi təmin olunacaq. Proqram bu il üzrə 11 min nəfəri əhatə edəcək və İşsizlikdən Sığorta Fondu hesabına bu məqsəd üçün 70 milyon manat ayrılması nəzərdə tutulub;
• İşsizlikdən sığorta ödənişlərinin əhatə dairəsi genişləndiriləcək və bu sahədə proaktiv təyinat mexanizmi yaradılacaq. 2020-ci ilin aprel-dekabr ayları üzrə bu tədbir 20 min nəfəri əhatə edəcək və bu məqsəd üçün İşsizlikdən Sığorta Fondu hesabına 20 milyon manat ayrılacaq;
• İşsizlikdən sığorta ödənişi bitmiş, lakin işlə təmin olunmamış şəxslərə sığorta ödənişinin və peşə hazırlığı kurslarında fasilə yaranmış müdavimlərə təqaüdlərin verilməsi xüsusi karantin rejimi dövründə davam etdiriləcək. Bu istiqamət üzrə işlər cari ilin aprel-may ayları üzrə 2 min nəfəri əhatə edəcək və İşsizlikdən Sığorta Fondu hesabına bu istiqamətə 0,6 milyon manat ayrılacaq.
Əhalinin xüsusi həssas təbəqəsindən olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqaməti üzrə Nazirlik tərəfindən:
• Sosial sığorta haqlarının azalması şəraitində kəsirinin bağlanması və əhaliyə sosial ödənişlərin (pensiya və müavinətlər) davamlılığının təmin edilməsi məqsədilə bu ilin aprel-dekabr ayları üzrə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2019-cu il üzrə yaranmış 200 milyon manat ehtiyatından istifadə olunacaq;
• Ünvanlı dövlət sosial yardımı xüsusi karantin rejimi dövründə bitən ailələrə (şəxslərə) yardımın verilməsinin xüsusi karantin rejimi bitənədək davam etdirilməsi və bu dövrdə ünvanlı dövlət sosial yardımının təyinatının sadələşdirilməsi təmin olunacaq. DSMF-dən bunun üçün 3 milyon manat ayrılıb.
Tədbirlər Planında həmçinin yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstərilməsi də əksini tapır. Cari ilin aprel-may ayları üzrə bu xidmətlər 14 min nəfəri əhatə edəcək.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb