Deputat Fəzail Ağamalının pulunu oğurlayıblar - Türkiyədə + FOTO

img

05-04-2020 [19:47]


Millət vəkili Fəzail Ağamalı Türkiyədə soyğunçuluğun qurbanı olub.

Mia.az Yenicag.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin "Sabah” qəzeti yayıb.

Fəzail Ağamalı polisə verdiyi ifadəsində Beşiktaşa getmək üçün taksiyə mindiyini, taksi sürücüsünün ondan 25 lirə istədiyini və pulu ona verdiyi anda sürücünün pul qabını əlindən aldığını bildirib.

Fəzail Ağamalı taksidən düşdükdən sonra pul qabından 2 min lirənin oğurlandığını görüb.

Polis tərəfindən yaxalanan taksi sürücüsü Selami T. isə oğurluq etmədiyini, Fəzail Ağamalının pulunu taksidə düşürdüyünü deyib. Məlumata görə, taksi sürücüsünün həbsinə qərar verilib.

Fəzail Ağamalı isə APA-ya bildirib ki, hadisə 2019-cu ilin iyul ayında baş verib.

O, hadisə ilə bağlı həmin vaxt polisə müraciət etdiklərini deyib: "Qızım və nəvəmlə Türkiyədə idik. Hadisə qızım və nəvəmin başına gəlib. Belə ki, onlar taksi ilə Beşiktaşa gediblər. Taksi sürücüsü onlardan artıq pul alıb. Biz bunu bildikdən sonra polisə müraciət etdik. Polis dərhal hərəkətə keçdi. Bizim təqdim etdiyimiz taksinin tanınma nişanı ilə araşdırma aparıldı. Qısa zaman kəsiyində həmin şəxs saxlanıldı və polis idarəsinə gətirildi. Biz sürücünü tanıdıq və pulumuz bir neçə saata bizə geri qaytarıldı. Bununla biz özümüz üçün məsələni bitmiş hesab etdik və ölkəyə qayıtdıq. Ancaq Biz rəsmi müraciət etdiyimiz üçün Türkiyənin qanunvericiliyinə uyğun şəkildə polis sürücüyə qarşı cinayət işi açdı və həmin şəxs istintaqa cəlb edildi. Bu da Türkiyənin hüquqi dövlət olduğunu bir daha ortaya qoyur. Doğrusu, İstintaqın gedişi ilə sonradan maraqlanmadıq".

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR