Amerikan futbolunun əfsanəsi koronavirusdan öldü

img

05-04-2020 [16:18]


ABŞ Milli Futbol Liqasının (NFL) sabiq ulduzu Tom Dempsi 74 yaşında koronavirusdan vəfat edib.

Məlumata görə, Dempsi pandemiyaya Yeni Orleandakı qocalar evində yoluxub. O, son zamanlar Altsgeymer və demensiyadan (yaddaş problemi) da əziyyət çəkirdi.

Qeyd edək ki, Tom Dempsi NFL-in diqqət çəkən rekodlarından birinin uzun müddət müəllifi olub. 8 noyabr 1970-ci ildə o, oyun zamanı 63 yard (57,61 metr) məsafədən qol vurub. Onun rekordunu 2013-cü ildə Mett Preter 1 yard üstələyə bilib/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR