Tovuzda 29 yaşlı kişini öldürüb su arxına atıblar 

img

05-04-2020 [11:57]


Tovuzda tapılmış meyitin şəxsiyyəti məlum olub.

Məlumata görə, su arxında tapılan meyit rayon sakini, 1991-ci il təvəllüdlü Elnur Valeh oğlu Mehdiyevə məxsusdur. 

Onun bədənində 2 bıçaq yarası aşkarlandığından qətlə yetirilməsi müəyyənləşib.

Qeyd edək ki, E.Mehdiyev əvvəllər bir neçə dəfə həbs olunub.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR