Türkiyədə son bir gündə 76 nəfər koronavirusdan ölüb - Daha 3013 nəfər isə virusa yoluxub

img

04-04-2020 [22:25]


Türkiyədə son bir gündə 76 nəfər koronavirusdan ölüb, daha 3013 nəfər isə virusa yoluxub.

Mia.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Koca açıqlama yayıb.

O bildirib ki, indiyə kimi ölkədə 501 nəfər koronavirusdan ölüb: "Koronavirusa yoluxanların ümumi sayı isə 23934 nəfərə çatıb. Onlardan 1311 nəfərin vəziyyəti ağırdır".

Nazir bildirib ki, bu gün kimi 786 xəstə də virusdan sağalıb.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR