İranda koronavirus: ölənlərin və yoluxanların sayı artıb

img

03-04-2020 [18:51]


İranda daha 134 nəfər koronavirusdan ölüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bununla da ölkədə ölənlərin sayın 3294 nəfərə çatıb: "Son 24 saat ərzində daha 2715 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 53 183 nəfərə çatıb. Bu günə qədər isə 17935 nəfər koronavirusdan sağalıb. Hazırda 4035 nəfərin vəziyyəti ağırdır".


Digər xəbərlər
SON XƏBƏRLƏR