"Asan tanınmağın yollarını tapıblar, ya aktrisa olurlar, ya da..." - Pərvin kimə replika atır? + VİDEO

img

03-04-2020 [17:59]


"İndi təzə dəb yaranıb, tanınmaq üçün blogger olurlar". 

Bu sözləri aktrisa Pərvin Abıyeva “Toliklə səmimi” yutub layihəsinə qonaq olarkən deyib. O, bəzi bloggerlərin sırf məşhur olub, pul qazanmaq üçün evləndiklərini deyib:

"Asan tanınmağın yollarını tapıblar, ya aktrisa olurlar, ya model olurlar, ya da ki, indi təzə dəb var, blogger olurlar. Hətta ərə gedirlər, sırf məşhur olmaq üçün. Təzə çıxıb, cütlüklər evlənirlər, İnstaqramda məşhur olurlar. Sırf onunla pul qazanırlar, evlənirlər və doğurdan da yaxşı pul qazanırlar. Çoxdur elələri". 

Sosial şəbəkədə paylaşılan görüntülərə izləyicilərin bəzisi aktrisanın Əməkdar artist Aybəniz Haşımovanın blogger qızı Aynişana söz atdığını yazıblar. 

Qeyd edək ki, A.Quliyeva bir neçə ay öncə Kənan adlı fitness müəllimi ilə ailə qurub.

Həmin görüntüləri təqdim edirik:

Yenisabah.az


Digər xəbərlər
SON XƏBƏRLƏR