Sumqayıtlılar prezident seçkilərində kimə səs verəcəklər? - Sorğu

img

28-09-2013 [11:26]


Prezidentliyə keçmiş namizəd Qüdrət İsaqov Sumqayıtda keçirdikləri rəy sorğusu ilə saytımıza müraciət edib. Sorğunun nəticələrini təqdim edirik:

"Mətbuata xəbər verdiyimiz kimi sentyabr ayının 17-də Sumqayıt şəhərinin 43 saylı seçki dairəsinin 1, 17, 15, 16, 26, 24, 23, 25, 20, 21, 22 saylı məntəqələrində, sentyabrın 18-də 44 saylı seçki dairəsinin 9, 5, 6, 7, 8, 11, 13, 15, 16, 14, 12 saylı məntəqələrində, sentyabrın 19-da 42 saylı seçki adirəsinin 13, 14, 15, 16, 11, 12, 9, 10, 7, 8 saylı məntəqələrində, sentyabrın 21-də 41 saylı seçki dairəsinin 23, 24, 30, 34, 29, 28, 14, 27, 16, 25, 26 saylı məntəqələrində prezident seçkisi öncəsi prosesi öyrəndik. Bəzi məntəqələrdə texniki xarakterli nöqsanlar olsa da, ümumən prezident seçkisinə hazırlığın qənaətbəxş olduğunu müəyyən etdik.

Sumqayıtlılar İlham Əliyevə səs verəcəklər

***
Seçki öncəsi prosesi öyrəndiyimiz və müşahidə etdiyimiz günlərdə Sumqayıt şəhərində insanların gur olduğu yerlərdə sumqayıtlıların kimə səs verəcıklərini öyrənmək məqsədilə 1843 respondent arasında sorğu keçirdik. Respondentlərə 2 sualla müraciət etdik. Seçkidə iştirak edəcəksinizmi? Kimi prezident seçəcəksiniz?
Rəyi soruşulanların 76 faizi- yəni 1401 nəfər seçkidə iştirak edəcəyini, 23 faizi-yəni 442 nəfər isə seçkiyə getməyəcəyini bildirdi. Seçkidə iştirak etmək istəyənlərin 85%-i- yəni 1190 nəfər Azərbaycan Respublikasının Prezidenti, prezidentliyə namizəd İlham Əliyevə səs verəcəyini dedi.
Seçkidə iştirak etmək istəyənlərin 2.7%-i-yəni 38 nəfəri Cəmil Həsənliyə səs verəcəklərini bildirdi. Seçkidə iştirak etmək istəyənlərin 5%-i- yəni 70 nəfər hələ fikirlərini qətiləşdirmədiklərini və kimə səs verəcəklərini bilmirlər.
Respondentlərin heç biri digər 8 namizədin adını çəkmədi.
Mən Mehriban Əliyevaya səs verəcəm
***
Rəyi soruşulanlardan 3 nəfər Mehriban Əliyevaya səs verəcəyini dedi. Dedik ki, Mehriban Əliyeva prezidentliyə namizəd deyil. Ona necə səs verəcəksən? Nə qədər başa salmaq istəsək də alınmadı. Dedi nolsun, namizəddi, ya namizəd deyil. Mən Mehriban Əliyevaya səs verəcəm.

İş yerləri bağlanməş insanlar da İlham Əliyevə səs verəcəklər

***
Sorğu apardığımız Daş Bazarı ayxınlığında bir taxta bazarı var. Bu bazarı bi neçə gündü ki, bağlatdırıblar. Bizə maraqlı oldu ki, iş yerləri bağlanan insanlar kimə səs vermək istəyirlər. Dağılmış taxta bazarında 44 nəfər tapdıq. Bu insanların kimə səs verəcəklərini öyrəndik. 44 nəfərdən 23 nəfəri yalnız o kişiyə səs verəcəklərini dedilər. Soruşduq kimi deyirsiniz? Dedilər bircə kişi var o da İlham Əliyevdi. Biz İlham Əliyevə səs verəcəyik. Taxta bazarında rəyi soruşulanların 21 nəfəri isə hələ qərar qəbul etmədiklərini dedilər. Bəziləri isə dedi ki, mən heç vaxt seçkiyə getməmişəm. İndi də getməyəcəm. Bir nəfər isə telefonunu göstərib dedi ki, mən bu kişinin oğluna səs verəcəm. Baxdıq ki, telefonda Heydər Əliyevin şəklidi.

Məcburi köçkünlər İlham Əliyevə səs verəcəklər

***
Qarabağ qaçqınları arasında keçirdiyimiz sorğularda da demək olar ki, hamı İlham Əliyevə səs verəcəyini deyirdi. Soruşduqda niyə? Dedilər ki, ondan başqa kim var. Bizim güvən yerimiz İlham Əliyevdi. Qarabağı da İlham Əliyevdən başqa heç kim ala bilməz. Butun namizədlər ancaq ozlərini fikirləşirlər, İlham Əliyev milləti.

7,3% respondent dedi ki, sizə cavab verməyə borclu deyilik

***

Seçkidə iştirak etmək istəyənlərin 7,3%-i-yəni 102 nəfər dedi ki, sizin sorğunuz seçkinin gizliliyinə xələl gətirir. Biz onlara deyirdik ki, bu gün axı seçki günü deyil. Seçki günü kimə istəyirsən səs ver. Amma indi deyin görək kimə səs verəcəksiniz? Qəti şəkildə deyirdilər ki, sizə cavab verməyə borclu deyilik. Seçki gizli olduğundan biz də öz fikrimizi heç kimə demək istəmirik.

Son olaraq, mənimlə birlikdə seçkiöncəsi situasiyanın öyrənilməsi prosesinin və prezident seçkisi haqqında sorğunun aktiv iştirakçısı olan Sumqayıt şəhər sakini, gözəl insan və gözəl vətəndaş Sərxan Ağayevə böyük minnətdarlığımı bildirirəm.
Prezident seçkisinin millətimizə və dövlətimizə xeyirli olması arzularıyla,

Qüdrət İsaqov
Fizika-riyaziyyat elmləri doktoru, professor,
Avropa Təbiət Elmləri Akademiyasının (ATEA) akademiki,
ATEA-nın Fəxri Rentgen Medalı Laureatı,
Beynəlxalq Alternativ Ene rgetika və Ekologiya jurnalı
baş redaktorunun müavini,
AMEA Fizika İnstitutunun əməkdaşı,
Respublikanın bütün ərazisi üzrə müşahidəçi,
Prezidentliyə keçmiş namizəd.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA