Bu ilin birinci rübündə dövlət büdcəsində 2,5 mlrd manatlıq profisit yaranıb
03-04-2020 [13:35]
Bu ilin birinci rübündə dövlət büdcəsinin mədaxili 7 810,9 mln manat, xərcləri 5 254,8 mln manat olub, 2 556,1 mln manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.
Mia.az Maliyyə Nazirliyinə isitinadən xəbər verir ki, birinci rübdə dövlət büdcəsinin mədaxili 7 810,9 mln manat və ya rüblük proqnoza qarşı 35,9% çox icra olunub. Həmin vəsaitin 32,5%-i və yaxud 2 536,3 mln manatı qeyri-neft sektorundan daxilolmaların payına düşüb.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 2 039,9 mln manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 221,2 mln manat və ya 12,2% çoxdur.
Həmin vəsaitin 68,5%-i və yaxud 1 396,4 mln manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 244,5 mln manat və ya 21,2% çoxdur.
Bu ilin birinci rübündə Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə 991 mln manat vəsait təmin edilmişdir ki, bu da proqnoza nisbətən 91 mln manat və ya 10,1% çoxdur.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 109,3 mln manat təşkil edib. Sair daxilolmalar üzrə büdcəyə 39,7 mln manat vəsait daxil olub.
Dövlət Neft Fondundan dövlət büdcəsinə 4 631 mln manat vəsait transfert edilib ki, bu da proqnoza nisbətən 1 793,5 mln manat və ya 1,6 dəfə çoxdur.
Bu ilin birinci rübündə dövlət büdcəsində 2 556,1 mln manat profisit yaranıb ki, bu da proqnozlaşdırılan 533,4 mln manat profisitdən 2 022,7 mln manat çoxdur.
Eyni zamanda qeyd olunmalıdır ki, cari ilin 1-ci rübündə Dövlət Neft Fondundan dövlət büdcəsinə proqnozlaşdırılandan artıq (1 793,5 mln manat) vəsait daxil olub ki, bu transfertin məbləği çıxıldıqdan sonra belə dövlət büdcəsində 762,6 mln manat profisit yaranıb.
Dövlət büdcəsinin profisitinin proqnoza qarşı əhəmiyyətli dərəcədə artması ilk növbədə dövlət büdcəsinə Dövlət Neft Fondundan proqnozdan artıq transfertin (1 793,5 mln manat) köçürülməsi, habelə fiskal orqanları (Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi) tərəfindən gəlir proqnozların artıqlaması (312,2 mln manat) ilə təmin edilməsi hesabına olub.
Bu ilin birnici rübündə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 0,8% və yaxud 5 254,8 mln manat çox icra edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 218,9 mln manat və ya 4,4% çoxdur.
İqtisadi təsnifata uyğun olaraq cari ilin ilk üç ayında dövlət büdcəsi xərclərinin 48%-i və ya 2 519,8 mln manatı sosialyönümlü xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,7% və ya 415,3 mln manat çoxdur.
Bu ilin birinci rübündə dövlət büdcəsi xərclərinin 3 919,9 mln manatı və ya 74,6%-i cari xərclərə, 930,3 mln manatı və ya 17,7%-i əsaslı xərclərə, 404,6 mln manatı və ya 7,7%-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.
Bu ilin ilk üç ayında büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI