Gürcü nazir: "Aprelin ikinci yarısında koronavirusun yayılması pik həddə çatacaq"

img

02-04-2020 [16:13]


Aprel ayının ikinci yarısında Gürcüstanda koronavirus infeksiyasının pik həddə çatması gözlənilir.

Bu barədə Gürcüstanın Məcburi Köçkünlərin İşləri, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri Ekaterine Tikaradze bildirib.

Onun sözlərinə görə, ölkədə virusun yayılmasını nəzarətdə saxlamaq mümkündür.

Qeyd edək ki, hazırda Gürcüstanda 130 nəfərin koronavirusa yoluxması təsdiqlənib, onlardan 26-nın sağaldığı bildirilir/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR