Teledərslərin aprelin 3-nə olan cədvəli açıqlandı - CƏDVƏL

img

02-04-2020 [14:37]


Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” və “ARB Günəş” kanallarında yayımlanan “Dərs vaxtı” verilişinin aprelin 3-nə olan cədvəli açıqlanıb.

Mia.az cədvəli təqdim edir. 

Azərbaycan bölməsi 

Saat 10:00-da Fiziki tərbiyə, saat 10:20-də XI sinif üzrə Azərbaycan dili, Fizika, Riyaziyyat, Tarix,Ədəbiyyat, saat 11:05-da VIII sinif üzrə Azərbaycan dili, Fizika, Riyaziyyat, Tarix, saat 11:45-də X sinif üzrə Azərbaycan dili, Fizika, Riyaziyyat, Tarix, saat 11:55-də IV sinif üzrə Azərbaycan dili, Riyaziyyat, Musiqi, saat 12:20-də III sinif üzrə Azərbaycan dili, Musiqi, saat 12:50-də isə II sinif üzrə Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi, 13:10-da I siniflər üçün Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi fənlərindən dərslər nümayiş olunacaq.

Rus bölməsi 

Saat 14:00-da IV sinif üzrə Rus dili, Riyaziyyat, Həyat bilgisi, saat 14:25-də VIII sinif üzrə Kimya, Biologiya və Coğrafiya, saat 14.55-də IX sinif üzrə Kimya, Biologiya, Coğrafiya, saat 15:30-da isə X sinif üzrə Kimya, Riyaziyyat və Coğrafiya dərsləri yayımlanacaq.

Peşə təhsili üzrə teledərslərin cədvəlinə əsasən 16:30-da Geyim üzrə dizayner ixtisası - Klyoş ətəyin hazırlanması, 16:45-də Bərbər ixtisası - Dib boyası və saçların uzunluq boyu bərabər rənglənməsi dərsləri keçiriləcək. 

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq