"Nə TƏBİB-in, nə də Operativ Qərargahın "Qaynar xətt"lərinə düşə bilirik" - Bakı sakini maska, spirt tapa bilmədiyini deyir

img

01-04-2020 [14:46]


"Biz  günlərdir nə TƏBİB-in, nə də Operativ Qərargahın "Qaynar xətt"lərinə düşə bilirik".

Bunu Mia.az-a Bakı şəhər sakini Rüstəm Hüseynov deyib.

O bildirib ki, vacib ehtiyacı üçün küçəyə çıxa bilmirlər: "Çünki nə maska, nə spirt tapa bilirik. Çıxan kimi də, polis saxlayıb, maskasız marketə gedə bilməyəcəyimizi deyir. Bunlar isə tapılmır. İndi mən və mənim kimi insanlar neyləməlidir?".

Bakı sakini deyir ki, nə vaxt TƏBİB-in "Qaynar xətti"nə zəng edirsə, "məşğul" göstərir: "Qərargahdan isə cavab verən yoxdur. Ki, dərdimizi deyək"


Digər xəbərlər
SON XƏBƏRLƏR