Sabahın hava proqnozu açıqlandı

img

01-04-2020 [12:44]


Aprelin 2-də Bakıda və Abşeron yarımadasında sabah arabir yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Mia.az ETSN-ə istinadla xəbər verir ki, sabah havanın temperaturu gecə 8-11° isti, gündüz 13-16° isti, Bakıda gecə 8-10° isti, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Şərq küləyi gündüz qərb küləyi ilə əvəz olunacaq, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-10° isti, gündüz 14-19° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-8° isti olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR