QHT-lərin koronavirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı keçiriləcək
31-03-2020 [19:14]
"Koronavirus (COVID-19) pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınmasına dair Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən əlavə tədbirlər müəyyənləşdirilib. İnsanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 2020-ci il 31 mart saat 00:00-dan 2020-ci il 20 aprel saat 00:00-dək dayandırılıb. Bu gündən etibarən koronavirusla mübarizədə ölkəmiz üçün yeni və daha məsuliyyətli mərhələ başlayır. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət qurumlarının həyata keçirdiyi qabaqlayıcı tədbirlər öz müsbət nəticəsini versə də, çox sürətlə yayılma qabiliyyətinə malik koronavirusa yoluxanların sayı hər gün artmaqda davam edir. Karantin rejiminin sərtləşdirilməsi bir daha bu təhlükənin nə qədər real olduğunu göstərir. Pandemiyanın yayılmasının qarşısının alınmasında hər bir vətəndaşın üzərinə düşən məsuliyyəti və vəzifəni anlaması çox vacibdir. Təbii ki hazırkı vəziyyətdə dövlət qurumları ilə yanaşı qeyri-hökumət təşkilatları da bütün imkanlarını bu istiqamətdə səfərbər etməlidir".
Mia.az xəbər verir ki, bunu QHT Şurasının sədri, millət vəkili Azay Quliyev deyib.
O, daha sonra bildirib ki, martın 27-dən etibarən Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və REAL TV-nin birgə keçirdiyi “Evdə qal, cəmiyyəti qoru” adlı ictimai monitorinq və məlumatlandırma kampaniyasına qoşulan QHT-lərin sayı hər gün artmaqdadır. Kampaniya çərçivəsində QHT-lərin fəal şəkildə iştirak etməsinə, Koronovirusla Mübarizəyə Dəstək Fonduna davamlı şəkildə vəsait köçürmələrinə və ölkədə həmrəyliyin güclənməsi işinə verdiyi digər töhfələrə baxmayaraq hələ də həyata keçirilməsi vacib olan xeyli işlər var:
"Şura həmçinin, müvafiq dövlət qurumları ilə birgə həyata keçirdiyi 9 qrant müsabiqəsinin qalibi olan 56 layihənin mövzularını və fəaliyyət planını dəyişərək koronavirusla mübarizə tədbirlərinə yönəldəcəyini elan edib.
Şura qeyd olunan məsələləri və pandemiya təhlükəsinin aradan qalxacağı ilə bağlı yekun tarixin bəlli olmamasını nəzərə alaraq üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlmək, mövcud vəziyyətdə QHT-lərin fəaliyyətinin çevik əlaqələndirilməsini və bu istiqamətdə görüləcək işlərin effektivliyinin daha da artırılması məqsədi ilə 2 aprel 2020-ci il, saat 15:00-da “QHT-lərin koronovirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı”nı keçirməyi planlaşdırır.
Konfransda aşağıdakı mövzular müzakirə olunacaq:
1) QHT-lərin ölkə üzrə karantin rejiminin tələblərinin yerinə yetirilməsində rolu, “Evdə qal, cəmiyyəti qoru” ictimai monitorinq və məlumatlandırma kampaniyasında iştirakının hazırkı vəziyyəti;
2) Şuranın 2020-ci il qrant müsabiqəsinin qalibi olan QHT layihələrinin mövzularının dəyişdirilərək koronavirusla mübarizə tədbirlərinə yönəldilməsi və bununla bağlı onların ideya və təkliflərinin dinlənilməsi;
3) Koronavirusla bağlı mübarizədə ümummilli həmrəyliyin gücləndirilməsində QHT-lərin rolu və vəzifələri;
4) Koronovirusla mübarizədə QHT sektorunun töhvəsi ilə bağlı ən yaxşı xarici təcrübə.
Konfransda iştirak etmək istəyən QHT təmsilçiləri həm android, həm iOS-dan “Zoom cloud meeting App” proqramını endirməklə qeydiyyatdan keçə bilərlər.
Onlayn konfransda iştirak etmək üçün aşağıdakı təlimatda ətraflı məlumat əksini tapıb.
Konfransla bağlı sualları Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanova (050 330 76 01), mətbuat xidmətinin rəhbəri Elməddin Behbuda(055 78847 67) və İT üzrə mütəxəssis Bəhram Bayramova (051 700 8592) ünvanlaya bilərsiniz.
Hamınızı onlayn konfransda fəal iştiraka dəvət edirəm.
“QHT-lərin koronovirusla mübarizəyə həsr olunan ümumrespublika onlayn konfransı”na qoşulmaq üçün texniki
TƏLİMAT
İclasa necə qoşulmaq olar
İnternet brauzeriniz vasitəsi ilə qeyd olunan linkə (https://us04web.zoom.us/j/812037569) keçid edərək proqramı kompyuter və telefonunuza yükləyirsiniz. Daha sonra proqramı açaraq adınızı və iştirak istəyinizi qeyd edib konfransa qoşula bilərsiniz.
Səssiz və səsli rejim
Çox sayda şəxsin iştirak etdiyi videokonfrans zamanı əsas səs dinamiki istisna olmaqla digər mikrofonların səssiz rejimdə saxlanılması tövsiyə olunur. Konfrans zamanı çıxış etmək istədikdə bunu çat hissəsinə yazmağınız lazımdır.
Videokonfrans zamanı aşağıdakı qaydalara əməl etməyiniz tövsiyə olunur:
● Konfrans iştirakçılarını dinlədiyiniz zaman mikrofonunuzu səssiz rejimdə saxlayın. Bir neçə şəxsin eyni anda danışmasının qarşısını almaq məqsədilə bütün mikrofonlar səssiz rejimdə olacaq. Çıxış etmək istədikdə isə videokonfransın çat hissəsinə yazıb söz aldıqdan sonra mikrafonu açmağınız lazımdır.
● Dinamiklərdən gələn səs mikrofonu üstələdiyi zaman mikrofonunuzu yandırın.
Qulaqcıqlar
Videokonfrans iştirakçılarınının qulaqcıqlardan istifadə etməsi xahiş olunur. Qulaqcıqlar müxtəlif səslərin qarışmasından yaranan əks reaksiyanın aradan qalxmasına kömək edir.
Hər hansı bir sualınız olarsa və ya hər hansı bir texniki problem yaranarsa Şura Katibliyinin əməkdaşı Bəhram Bayramlı ilə əlaqə saxlaya bilərsiniz. ([email protected], +994 51 700 85 92)".
Polşanın baş naziri: "Dünya yeni müharibə dövrünə qədəm qoyub..." - "Önümüzdəki iki il ərzində hər şey müəyyən olunacaq"
Nazir sabiq rəisə yeni vəzifə verdi
Sabiq direktorunun cinayət işi məhkəməyə göndərilib
Şərqşünaslıq İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan tədbir keçirilib - FOTOLAR
Məhkəmə Ələsgər Məmmədliyə "yox!" dedi
"Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır, lakin..." - Prezidentin köməkçisi
Güclü külək əsəcək - Xəbərdarlıq
Hamlet faciəsi illər sonra səhnədə -FOTO
Mübariz və Mais Mənsimovlar məhkəməyə verildi
Bakıda və Abşeronda havada toz müşahidə olunur
125 min fələstinli cümə namazını Məscidül-Əqsada qılıb - FOTO
Sabirabadda qan tökən salyanlının cinayət işi məhkəməyə göndərilib
AVRO 2024: hansı ulduz futbolçular kənarda qalıb?
Ramiz Mehdiyev cərimələnib? - "Bunlar başdan-ayağa uydurmadır"
Premyer Liqa: iki turun təqvimi açıqlanıb
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR