Rumıniyada koronavirusa yoluxanların sayı 2109 nəfərə çatıb

img

31-03-2020 [17:21]


Rumıniyada koronavirus xəstəliyinə yoluxanların sayı 2109 nəfərə çatıb. Koronavirusdan 65 nəfər vəfat edib.

Mia.az xəbər verir ki, bu barədə Rumıniya Nazirlər Kabineti yanında yaradılan strateji qrup məlumat yayıb. Xəstələrin sayı getdikcə artır.

Xatırladaq ki, martın 16-da Rumıniya Prezidenti Klaus Yohannis ölkədə fövqəladə vəziyyət elan edib. İtaliya və İspaniya ilə Rumıniya arasında hava əlaqəsi bağlanıb. Ölkədə bütün dərslər təxirə salınıb. 65 yaşdan yuxarı vətəndaşların evlərini tərk etməsi qadağan olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR