"Dərsimizi almışıq” - Amerikalı həkimlər koronavirusa görə diz çöküb ağladılar + VİDEO

img

31-03-2020 [15:05]


Hazırda koronavirus daşıyıcılarının rəsmi sayına görə dünyada birinci olan ABŞ-ın xəstəxanalarının birində həkimlər diz çökərək ağlayıblar.

Pandemiya qarşısında çarəsiz qalan tibb işçiləri səhiyyə ocağının koridoruna çıxaraq Allaha dua ediblər.

“Hazırda səndən başqa heç kimimiz yoxdur. Fəryadımızı duy və dünyaya toxun. Dərsimizi almışıq”, - həkimlər tanrıya belə yalvarıblar.

Qeyd edək ki, ABŞ-da indiyədək 164 000-dən çox insana koronavirus diaqnozu qoyulub. Ölkədə virusdan ölənlərin sayı isə 3 000-i ötüb/Report.  

 

Digər xəbərlər
SON XƏBƏRLƏR