Azərbaycan XİN-dən Dağlıq Qarabağda keçirilən qondarma "seçkilərlə" bağlı - Bəyanat
31-03-2020 [13:44]
Azərbaycan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağda keçirilən qondarma "seçkilərlə" bağlı bəyanat yayıb.
Mia.az xəbər verir ki, Ermənistan Respublikasının 2020-ci ilin 31 mart tarixində Azərbaycan Respublikasının işğal edilmiş ərazilərində qondarma "seçkilər" keçirməsi ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi aşağıdakıları bildirir:
"Ermənistan tərəfindən Azərbaycan ərazilərinin hərbi işğalının və bu ərazilərdə etnik təmizləmənin davam etdiyi bir vaxtda Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində “seçkilərin” keçirilməsi Azərbaycan Respublikası Konstitusiyasının və beynəlxalq hüququn norma və prinsiplərinin, o cümlədən BMT Nizamnaməsinin, ATƏM-in 1975-ci il Helsinki Yekun Aktının və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin açıq şəkildə pozulmasıdır və bu baxımdan heç bir hüquqi qüvvəyə malik deyildir.
Ermənistan Respublikası tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qurulan qanunsuz rejim təcavüz, etnik təmizləmə və irqi ayrıseçkiliyin nəticəsidir; o, Ermənistanın rəhbərliyi və nəzarəti altındadır.
Beynəlxalq ictimaiyyət Azərbaycana qarşı hərbi güc tətbiq edilməsini və bunun nəticəsində ərazilərinin işğal edilməsini davamlı olaraq qətiyyətlə pisləyir. 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğalını pisləyən və Azərbaycan Respublikasının suverenliyinə və ərazi bütövlüyünə hörmətini və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını bir daha təsdiqləyən 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələri qəbul edib. Həmin qətnamələrdə Təhlükəsizlik Şurası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz hissəsi olduğunu təsdiqləyib və erməni işğalçı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Digər beynəlxalq təşkilatlar da oxşar mövqe sərgiləyiblər.
Müvafiq olaraq, beynəlxalq ictimaiyyət Ermənistan Respublikasının Azərbaycanın işğal olunmuş ərazilərində bundan öncə təşkil etdiyi "seçki" şoularını birmənalı şəkildə və ardıcıl olaraq rədd edib və beləliklə də, Ermənistanın beynəlxalq hüquq normalarına, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünə, habelə işğal olunmuş ərazilərdən didərgin salınmış əhalinin insan hüquqlarına hörmətsizliyini əsaslandırmaq üçün istifadə etdiyi hər hansı bəhanələri açıq şəkildə etibarsız sayıb.
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində seçkilər yalnız Azərbaycan Respublikasının Konstitusiyası çərçivəsində və bölgənin bütün əhalisinin iştirakı ilə keçirilə bilər. Hər hansı seçkinin keçirilməsi yalnız erməni işğalçı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasından, bu torpaqlardan didərgin salınmış azərbaycanlı əhalinin öz doğma yerlərinə qayıtmasından, həmçinin bölgənin erməni və azərbaycanlı icmaları arasında dialoq və əməkdaşlığın bərpasından sonra mümkün olacaq".
Nazirlik bir daha bəyan edir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür: "Azərbaycan ərazilərinin hərbi işğalı həll yolu deyil və saxta "seçkilərin" təşkili də daxil olmaqla baş vermiş faktı (fait accompli) qəbul etdirmək cəhdi nə Ermənistanın arzuladığı siyasi nəticəyə heç vaxt gətirib çıxarmayacaq, nə də bu ölkə üçün heç bir müsbət perspektiv gətirməyəcəkdir. Azərbaycan heç vaxt beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalı ilə barışmayacaq".
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb