“İmkansız, günəmuzd işləyənlər heç də narahat olmasın" - Hökumət sözçüsündən yeni qadağalarla bağlı mühüm mesaj

img

30-03-2020 [20:57]


“Kimsə Yasamalda qalırsa bazarlıq etmək üçün 8 km bazarına gedə bilməz, çünki bu qadağandır”.

Mia.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Hökumət rəsmisi qeyd edib ki, əvvəli qadağalarda bəzi insanlar çaşqın qalır: “Onlar qarışdırırdı ki, nələrə icazə verilir, nələrə yox. Amma indiki halda belə çaşqınlıqlar olmayacaq. Məqsəd maksimum təcridi təmin etmək, həyati fəaliyyəti obyektlərin fəaliyyətini təmin etməkdir”.

Nazirlik sözçüsü bildirib ki, 20 günlük müddətdə həmrəylik göstərib bu rejimə əməl etsək, sağalma sayı sürətlə artacaq və dinamika dəyişəcək.

O bildirib ki, bu gün ölkədə koronavirusa yoluxmanın sürəti sağalmanın sürətini dəfələrlə üstələyir: “Bu dinamikanı dəyişsək, yəni sağalmanın sürətini artırsaq, 20 gündən sonra sərbəstləşmə tədricən verilə bilər”.

Hökumət rəsmisi əlavə edib ki, sosial müdafiə ilə bağlı Nazirlər Kabinetinə daxil olan təkliflər paketi son müzakirə mərhələsindədir: “İmkansız, günəmuzd işləyənlər heç də narahat olmasın. Bilsinlər ki, onlar dövlətin himayəsindədirlər”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR