Məktəblilərin yay tətili ləğv olunacaq? - Nazirlik rəsmisi "gedişatdan aslıdır" deyir

img

29-03-2020 [12:48]


“Düşünmürəm ki, məktəblilərin yay tətili tamamilə ləğv olunsun”.

Mia.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov deyib.

Mətbuat katibi bildirib ki, amma indidən bu barədə dəqiq fikir söyləmək mümkün deyil: “Hər şey vəziyyətin gedişatından asılıdır”.

Qeyd edək ki, koronavirus təhlükəsi ilə əlaqədar martın 3-dən etibarən Azərbaycanın bütün təhsil müəssisələrində tədris dayandırılıb və tətil aprelin 20-dək davam edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR