Türkiyədə son 24 saatda 2069 nəfərdə virus aşkarlandı - Ölənlərin sayı da artdı

img

27-03-2020 [20:47]


Türkiyədə koronavirusa yoluxanların sayı artıb.

Mia.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Koca canlı yayımda açıqlama verib.

Nazir bildirib ki, bu gün 7533 nəfər testdən keçirilib: "Nəticədə daha 2069 nəfərdə virus aşkarlandı. Bununla da Türkiyədə koronavirus daşıyıcılarının sayı ümumilikdə 5698 nəfərə çatıb".

Nazirin sözlərinə görə, son 24 saat ərzində 17 nəfər də virusdan ölüb: "Bununla da ölü sayımız 92 nəfər oldu. Hazırda xəstəxanalarımızda olan xeyli ağır xəstələrimiz də var. Bundan qorunmaq üçün, mümkün dairəsində diqqətli olmaq, evdən çıxmamaq vacibdir".

Mia.az 

 


Digər xəbərlər
SON XƏBƏRLƏR