"Sanksiyaları qaldırın" - Putin G20 liderlərinə səsləndi

img

27-03-2020 [15:08]


Rusiya prezidenti Vladimir Putin “Böyük iyirmilər”in (G20) videobağlantı ilə keçirilən konfransında ölkələrin koronavirus pandemiyası ilə daha effektli mübarizə apara bilmələri üçün iqtisadi sanksiyaların qaldırılmasını istəyib.

Bu barədə Qərb mediası məlumat yayıb.

Xatırladaq ki, bütün dünyada 500 min insan koronavirusa yoluxub. İndiyədək bu virusdan 23 min nəfər ölüb.

Putin martın 26-da keçirilən G20 sammitində deyib ki, sanksiyalar dərmanların, ərzaq, avadanlıq və texnologiyaların qarşılıqlı mübadiləsinin yaxşılaşdırılması naminə humanitar mülahizələrlə qaldırılmalıdır.

Rusiya hazırda Avropa İttifaqı və ABŞ tərəfindən onun üzərinə bir neçə dəfə qoyulmuş sanksiyaların altındadır. Rusiyanın üzərinə sanksiyalar Ukraynanın Krım yarımadasını ilhaq etdiyinə və bu ölkənin şərqində təcavüz törətdiyinə görə qoyulub.

Moskva indiyədək habelə ABŞ tərəfindən İran üzərinə qoyulmuş boğucu iqtisadi sanksiyaları pisləyib. Vaşinqton 2018-ci ildə dünyanın altı gücü ilə İran arasında 2015-ci ildə imzalanmış sazişdən çıxdıqdan sonra Tehran üzərinə ABŞ sanksiyaları bərpa olunub.

Putin G20 sammitində konkret olaraq heç bir ölkənin adını çəkmədən zəruri mallar və bu malların alınması üçün bank köçürmələri üzərinə qoyulmuş sanksiyalara moratorium elan edilməsini istəyib.

O deyib ki, bu, insanlar üçün ölüm ya qalım məsələsi, tamamilə humanitar bir məsələdir. Bundan əvvəl Tehran İran üzərindəki sanksiyaların qaldırlması üçün ABŞ-a çoxsaylı müraciətlər etmişdi.

Xatırladaq ki, Rusiyada indiyədək 840 yoluxma sənədləşdirilib, üç ölüm halı qeydə alınıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub